16:36 25.04.2022 1204

"Sözümü Amerikada deyəcəyəm" - Olimpiya çempionu

Xorvatiyanın Dubrovnik şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda 90 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran Vüqar Talıbovun Fanat.Az-a müsahibəsi

- Vüqar, bu, 90 kiloqramda beynəlxalq yarışlarda ilk medalındır. Turnir barədə təəssüratlarını öyrənək.
- Rəqabətli yarış idi. Udduğum idmançılardan Gürcüstan təmsilçisi gənclərin Avropa çempionatının bürünc medalçısı olub. Yarımfinalda yendiyim Qazaxıstan cüdoçusu da sözünü demiş cüdoçudur. Üstəlik, Avropa Kubokunun yarımfinal və final görüşləri mənim üçün revanş əhəmiyyəti daşıyırdı. Qazaxıstan və İsrail cüdoçularına yaxın keçmişdə - Afinada keçirilən turnirdə uduzmuşdum.

- 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 66 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışdın. Sonra səni 73, qısa müddət sonra 81, keçən ildən isə 90 kiloqramda mübarizə aparan gördük. Boyunun da hündür olmadığını nəzərə alsaq, belə sürətli çəki dəyişikliyi planlara nə dərəcədə uyğun idi?
- 81 kiloqrama keçəndən sonra zədələndim, əməliyyat olundum. Ondan sonra artıq çəkimi saxlaya bilmədim. Çəkim 88-89 kilo olurdu. Həm mən 90 kiloda özümü rahat hiss edirəm. Bu çəkidə mübarizə aparmaqda heç bir çətinlik hiss etmirəm.

 - Yəqin ki, hədəf artıq böyüklərdə də sözünü deməkdir. Bu yarışdakı birinciliklə əsas yığmadakı rəqiblərinə, konkret, lider Məmmədəli Mehdiyevə "mən də varam" mesajı verdiyini düşünürsən?
- Məmmədəli Mehdiyev 90 kiloqramda yığmanın 1, dünyanın isə hazırda 2 nömrəsidir. Mən də onun ardınca gəlmək, millidə ən azı "iki nömrə" olmaq istəyirəm. Lakin hələ hədəflərim gənclərin yarışı ilə bağlıdır. Yaxınlarda Fransada da Avropa Kuboku keçiriləcək. Məqsəd oradan da qızıl medalla dönməkdir. Ondan sonra artıq böyüklərdə nəticə qazanmaq lazımdır.

- Yeniyetmələrin Olimpiya çempionu uğurunu böyüklərdə də təkrarlamağı nə vaxta planlaşdırırsan?
- Bu Olimpiya tsikli barədə açığı, o qədər də inamlı deyiləm. Böyük ehtimalla, Parisə Məmmədəli Mehdiyev gedəcək. Məmmədəli həm idmançı kimi, həm də ümumən şəxsi keyfiyyətlərinə görə böyük dəyər verdiyim insandır. Sözümü Amerikada - Los-Anceles-2028-də deyəcəyəm, inşallah. O vaxt da mənim çox yox, cəmi 25 yaşım olacaq.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

Facebookdan bizi izləməyi unutmayın.
X