DÇ-2022-də yarımfinala yüksələrək böyük sürpriz reallaşdıran Mərakeş millisinin və Fransanın "Anje" klubunun yarımmüdafiəçisi Azzedin Unai karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində "Barselona" maraqlıdır.
Xəbərə görə, büdcəyə qənaət etmək məcburiyyətində qalan Kataloniya təmsilçisi mundialda diqqətləri üzərinə çəkən Azzedinin transferini gələn ay reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Unai 2021-ci ildən "Anje"nin uğurları üçün çalışır. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat