Xorvatiya millisinin yarımmüdafiəçisi Deyan Lovren DÇ-2022-nin yarımfinalında Argentina seçməsinə qarşı keçirəcəkləri oyuna hazır olduqlarını bəyan edib.
Fanat.Az xəbər verir ki, "Zenit"in futbolçusu sosial şəbəkə hesabında belə yazıb:
"Bizə ağır döyüş gözləyir. Hamımız bu mübarizəyə hazırıq".
Qeyd edək ki, Argentina - Xorvatiya matçı bu gün keçiriləcək.
Nihat