İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike "Atletiko Madrid"i çalışdıracağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, yerli telekanalların birində belə danışıb:
"Öncə onlar məni istəməlidirlər. Məgər belə deyil? hazırda təklif almamışam".
Xatırladaq ki, İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında Mərakeş millisinə oyunsonrası penaltilərlə uduzaraq mübarizəni dayandırdığı üçün Enrike postunu tərk edib.
Nihat