DÇ-1998-də sərgilədiyi oyunla böyük azarkeş kütləsinin rəğbətini qazanan Mərakeş millisinin sabiq hücumçusu Mustafa Haci ölkəsinin yığmasının DÇ-2022-nin yarımfinalında Fransaya qarşı keçirəcəyi matçdan öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "RMC Sport" "Aston Villa" və "Espanyol"da oynamış hacinin dediklərini belə çatdırıb:
"Futbol bayram olmalıdır. Hər şeydən öncə Fransa mənim üçün qardaş ölkədir. Anadan olanda bu ölkə barədə eşitmişəm. Fransa ürəyimizdə, qanımızdadır. Fransa Mərakeşin əkiz qardaşıdır. Siyasətçilər başqa cür düşünə bilərlər. Amma mənim üçün həmişə belə olub.
Əlbəttə, bu gün Mərakeşin qalib gəlməsini istəyirəm. Ancaq futbol söylədiyim kimi, bayramdır. Əndazədən çıxmamalıdır".
Nihat