Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndəriləcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Mənbə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeşin 68 yaşlı mütəxəssisin tərk edəcəyi posta yeni namizəd axtardığını açıqlayıb.
Qeyd edək ki, 2014-cü ildən yığmanı çalışdıran Santuşun sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub. O, 2016-cı ildə Portuqaliyanı Avropa çempionu edib. Kriştianu Ronaldulu milli DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Nihat