İstefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılan Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşun yerinə əsas namizədlərdən biri açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş "Roma"nın çalışdırıcısı Joze Mourinyuya İtaliya klubunda qalmaq şərti ilə yığmanın baş məşqçisi olmağı təklif edib. Mənbə Mourinyunun hazırda bu təklif üzərində düşünüdüyünü vurğulayıb.
Qeyd edək ki, Portuqaliya DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Ardından isə Luiş Fiqu sözügedən mütəxəssisi Kriştianu Ronaldunu mundialın vacib matçlarında ehtiyatda saxladığına görə tənqid edərək məğlubiyyətin əsas səbəbkarı adlandırıb.
Nihat