
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente gələn ay başlayacaq dünya çempionatına "Real Madrid"dən bir futbolçunu da aparmamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Mən millinin baş məşqçisiyəm və məni futbolçuların hansı klubu təmsil etməsi maraqlandırmır. Hazır olanlar yığmaya dəvət alır. Azarkeş düşüncəsi ilə yanaşmıram. İstədiyim yalnız budur ki, futbolçular millini təmsil etməkdən qürur duysunlar".
İspaniya millisi mundialda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda mübarizə aparacaq. "Buğalar" DÇ-2026 başlayana qədər iki sınaq matçına da çıxacaqlar. De la Fuentenin komandası iyunun 4-də İraq, 9-da isə Peru ilə üz-üzə gələcək.
Nihat