
İspaniya millisi qalibi olduğu DÇ-2010-dan sonra iştirak etdiyi mundiallarda qələbə qazanmağa çətinlik çəkir.
Fanat.Az-ın məlumatına görə, "buğalar" Cənubi Afrika Respublikasındakı dünya birinciliyinin ardından cəmi 3 zəfərə seviniblər.
Belə ki, hazırda davam edən DÇ-2026-dakı ilk oyununda Kabo Verde ilə qolsuz bərabərliyə razılaşan Apennin təmsilçisi DÇ-2014-də Avstraliyanı, DÇ-2018-də İranı, DÇ-2022-də isə yalnız Kosta Rikanı yenməyi bacarıb.
Qeyd edək ki, iyunun 11-də start götürən DÇ-2026 iyulun 19-da yekunlaşacaq. Turnirin son qalibi Argentina yığmasıdır.
Toğrul