
Futbol üzrə dünya çempionatının ilk turunda İspaniya millisi ilə sesasion heç-heçə edən Kabo Verde millisinin 40 yaşlı qapıçısı Vozinyanın çıxışı "Sofascore" tərəfindən ağlasığmaz 9,7 balla qiymətləndirilib.
Fanat.Az xəbər verir ki, Portuqaliyanın ikinci liqa təmsilçisi "Şaveş"in qolkiperi matçın ardından belə danışıb:
"Bunu ömrüm boyu arzulamışam! Bütün karyeram ərzində belə anlar üçün çalışmışam. Bu gün mundialda olmaq və öz təcrübəmlə komandama kömək etmək şərəfinə nail oldum. Amma qazanılan nəticədə bütün futbolçularımızın əməyi var. Meydandan əldə etdiyimiz bərabərlikdən razı ayrılırıq".
Nihat