
Hazırda davam edən futbol üzrə dünya çempionatında 1/16 mərhələsinə vəsiqə qazanan 19 milli komanda bəlli olub.
Fanat.Az xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fil Dişi Sahili və Ekvador yığmaları adlarını pley-offa yazdırıblar.
Artıq 1/16 finalda qarşılaşacaq 4 cüt də müəyyənləşib. CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul