
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Saat 20:00-da başlayan görüşdə İngiltərə ilə Konqo DR münasibətlərinə aydınlıq gətiriblər. İngilislər çətin qələbəyə seviniblər.
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/16 final
1 iyul
İngiltərə - Konqo DR 2:1
Qollar: Keyn, 75, 86 - Cipenga, 7.
Baş hakim: Adham Mahadme (İordaniya).
Atlanta (ABŞ). "Mercedes-Benz Stadium".