
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk matçında Ronaldulu Portuqaliya İspaniya ilə üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Oyunun son dəqiqələrində səhnəyə çıxan Mikel Merino komandasını 1/4 finala yüksəldib.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
DÇ-2026
1/8 final
6 iyul
Portuqaliya - İspaniya 0:1
Qol: Mikel Merino, 90+1.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dallas stadionu