
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində baş tutan Portuqaliya - İspaniya matçının (0:1) ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ispanların heyətində Rodri fərqləndirilib.
Təcrübəli yarımmüdafiəçi komandasının qələbəsində matç ərzində sərgilədiyi yüksək səviyyəli performansla böyük pay sahibi olub.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat