
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gecə mundialda 1/4 final mərhələsinə yekun vurulacaq.
Əvvəlcə Braziliyanı yenərək adından söz etdirən Norveç yığması İngiltərə millisi ilə üz-üzə gəlib.
Əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmada əlavə yarım saata ehtiyac duyulub. 93-cü dəqiqədə dublunu rəsmiləşdirən Cud Bellinqem komandasını yarımfinala daşıyıb.
Bakı vaxtı ilə 05:00-da bu raundun son matçı - Argentina - İsveçrə dueli reallaşacaq.
DÇ-2026
1/4 final
12 iyul
Norveç - İngiltərə 1:2
Qollar: Andreas Şelderul, 36. - Cud Bellinqem, 45+2, 93.
Baş hakim: Kleman Tyürpen (Fransa).
Mayami (ABŞ). "Hard Rok Stadium".