
Danimarka futbolunun təcrübəli simalarından olan Kristian Eriksen karyerası ilə bağlı hər kəsi təəccübləndirəcək növbəti şok qərarı verib.
Fanat.Az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yenidən yaşıl meydanlara dönməyə hazırlaşır.
Həkimlərin növbəti ciddi ürək tutmasının sadəcə an məsələsi olduğu barədə etdiyi kəskin xəbərdarlıqlara baxmayaraq, danimarkalı futbolçu oynamaq iddiasından əl çəkmir.
Keçən ay ikinci dəfə ürək infarktı keçirən və bədəninə yerləşdirilən kardiodefilyator (ICD) cihazı sayəsində ürək ritmi yenidən bərpa olunan 34 yaşlı oyunçunun Danimarkada fərdi bərpa proqramına başlayacağı bildirilir.
Bütün tibbi risklərə rəğmən, Eriksen futbol oynamağa davam etməkdə olduqca qərarlıdır.