
"Qarabağ"ın heyətində göstərdiyi performansla diqqətləri üzərinə çəkən Emmanuel Addai Avropa klublarının radarına düşüb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"la UEFA Çempionlar Liqasında uğurlu mövsüm keçirən, aktivinə 3 qol və 3 məhsuldar ötürmə yazdıran 24 yaşlı istedadlı vinger Avropanın bir neçə klubunun yaxın nəzarətindədir.
Qanalı futbolçu ilə maraqlanan komandalar arasında Almaniyanın "Yunion Berlin", Çexiyanın "Viktoriya Plzen", Belçikanın "OH Löven" və Polşanın "Qornik Zabje" klubları var.
İstedadlı futbolçu ilə maraqlanan klubların sayı artmaqdadır və onun yaxın günlərdə Avropa klublarından biri ilə anlaşması real variantdır.
Kamil Xudiyev