
İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente beynəlxalq turnirlərdə məşqçilik rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Statistika portalının hesablamasına görə, de la Fuente dünya və Avropa çempionatlarında 13 məğlubiyyətsiz oyun keçirən ilk məşqçi olub. Onun komandası bu müddət ərzində 12 qələbə qazanıb və bir dəfə heç-heçə edib.
"Furia Roja" yalnız qalibi olduğu AÇ-2024-də Almaniya ilə 1/4 final oyununun əsas vaxtında rəqibini məğlub edə bilməyib.
Beləliklə, Luis de la Fuente Lui van Qal (Niderland) və Eme Jaketi (Fransa) geridə qoyub.
İspaniya 14 iyulda yarımfinalda Fransa ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa