
Azərbaycanın qadınlardan ibarət basketbol üzrə U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda Rumıniya yığmasını məğlub edib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
9-14-cü yerlər uğrunda oyun millinin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda son oyununu sabah, Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək. Milli bu görüşdə qalib gəlsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.