
2026 FIFA Dünya Çempionatının üçüncülük uğrunda matçında Fransa və İngiltərə yığmaları qarşı-qarşıya gəlib.
Fanat.Az xəbər verir ki, hazırda davam edən gərgin qarşılaşmanın 80-ci dəqiqəsinə oyun İngiltərənin 4:3 hesablı üstünlüyü ilə davam etsə də, Fransanın dünya şöhrətli ulduzu Kilian Mbappe vurduğu qollarla adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.
Matçın 48 və 66-cı dəqiqələrində rəqib qapısına yol tapan 27 yaşlı hücumçu, turnirdən əvvəl 20 olan ümumi dünya çempionatı qollarının sayını 22-yə yüksəldib. Mbappe bu performansı ilə 21 qolu olan argentinalı əfsanə Lionel Messini geridə qoyaraq dünya çempionatları tarixinin ən qolçu oyunçusu ünvanını təkbaşına ələ keçirib.
Lakin bu tarixi rekord yarışı hələ tam yekunlaşmayıb. 39 yaşlı Lionel Messi, İspaniyaya qarşı keçiriləcək final matçında 2 qol vuracağı təqdirdə, dünya çempionatları tarixinin ən qolçu oyunçusu ünvanını yenidən geri qaytarmaq şansına sahibdir.
Kamil Xudiyev