00:36 13.10.2021 2279

DÇ-2022: Millimiz Serbiyada uduzdu

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda A qrupundakı 7-ci oyununda Serbiya yığmasının qonağı olub. 

Belqradın "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Matçın əvvəllərində Filip Ozobiç və Azər Salahlı ilə iki real qol vəziyyətini boşa verən seçməmiz yarım saatın tamamında qapısında qol görüb. 45+2-ci dəqiqədə rəqibin səhvini bağışlamayan Emin Mahmudov hesaba tarazlıq gətirib. Lakin fasilədən sonra "Fiorentina"nın gənc ulduzu Vlahoviç komandasını önə keçirib. Serblərin növbəti penalti şansını qola çevirməsi isə qonaqların son ümidlərini də öldürüb. Matçın bitiminə yaxın Anatoli Nuriyev ideal vəziyyətdən faydalanmağı bacarmayıb. Beləliklə, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başaçatıb.

Bu komandalar arasında Bakıdakı ilk görüşdə Serbiya 2:1 hesabı ilə qalib gəlmişdi.

DÇ-2022, seçmə mərhələ
VIII tur
A qrupu

Serbiya - Azərbaycan 3:1 

Qollar: Duşan Vlahoviç, 30-pen.; 53; Duşan Tadiç, 83-pen. - Emin Mahmudov, 45+2.
Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)
Belqrad. "Rayko Mitiç" stadionu

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 5. Matiya Nastasiç (k), 11. Luka Yoviç, 13. Stefan Mitroviç, 16. Saşa Lukiç, 17. Filip Kostiç, 18. Duşan Vlahoviç, 20. Sergey Milinkoviç-Saviç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andrey Jivkoviç, 15. Uroş Spayiç, 19. Mihaylo Ristiç.
Baş məşqçi: Draqan Stoykoviç.


Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Araz Abdullayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Canni De Byazi.

Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)

Qeyd edək ki, qrupun digər matçında Portuqaliya Lüksemburqu qəbul edib və 5:0 hesablı qələbəyə sevinib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

21:05

"Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır

20:56

Rodri "Barselona"da - RƏSMİ

20:47

Qavi karyerasını İngiltərədə davam etdirəcək?

20:12

Amar Dediç rəsmən "Nyukasl Yunayted"də

19:49

"Neftçi" Turan Hacızadə ilə müqavilənin müddətini uzadıb

19:02

Draqolyub Saviç "Neftçi"də - RƏSMİ

18:47

Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X