
Ötən gün İngiltərə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Albaniya yığmasını qəbul edib. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, matçdan sonra "Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin (Roy Keane) millinin müdafiəçisi Harri Maquayrı (Harry Maguire) tənqid edib.
28 yaşlı futbolçunun albanlara vurduğu qolu qeyd etməsi Kinin xoşuna gəlməyib: “Əllərini qulağına qoyub, sanki onu tənqid edənləri susdururdu. Amma belə etmək ayıbdır. Son bir neçə ayda Harri "Mançester Yunayted"də biabrçı oyun sərgiləyib. Doğrudanmı belə bir matçda qol vurmaqla onu tənqid edənlərin ağzını bağlayacağını düşünür? Sadəcə biabırçılıq".
Roy Kin İngiltərə millisinin lideri, albanlara qarşı het-trik edən Harri Keyni də İPL-də zəif çıxış etdiyini vurğulayıb.
Emin