
DÇ-2022-nin seçmə mərhələsinin oyununda San-Marinonu 10:0 hesabıyla məğlub edən İngiltərə millisi son 57 ildə ilk dəfə bir matçda 10 qol vurub.
Fanat.Az xəbər verir ki, bundan öncə britaniyalılar 1964-cü ildə ABŞ-ın qapısından 10 cavabsız qol keçirib.
Sözügedən millinin tarixinin ən böyük hesablı qələbəsi isə 1882-ci ilə təsadüf edib. Həmin vaxt ingilislər İrlandiyanı Belfastda 13:0 hesabıyla yenib.
Qeyd edək ki, bu zəfər sayəsində İngiltərə xal hesabını 26-ya çatdıraraq Qətərdə keçiriləcək mundiala birbaşa vəsiqə qazanıb.
Nihat