
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov “Zenit”in hücumçusu Artyom Dzyubanı təhqir edib. O, ailə problemlərinə görə mart ayında ölkənin millisinə çağırılmamasını istəyən futbolçunun ünvanına nalayiq ifadələr işlədib.
Fanat.Az "Metaratings"ə istinadən xəbər verir ki, millət vəkili idmançının siyasi səbəblərdən milliyə getmək istəmədiyini, bu üzdən futboldan uzaqlaşdırılmalı və Rusiyadan qovulmalı olduğunu bildirib:
“Dzyuba Ukrayna millisinə gedə bilər. O, çox axmaq addımla diqqət çəkdi. Artyom qorxaqlıq, alçaqlıq göstərdi, ölkəsinə xəyanət etdi. Satqın it oğlu! Aydın məsələdir ki, söhbət qohumlardan yox, trenddə olmaqdan gedir. Afrikaya getsin, orada oynasın. Onu ölkədən qovmaq lazımdır, başqa klubda oynamağa haqqı yoxdur. Qoy küçədə uşaqlara futbol dərsi keçsin. Əsl əclafdır! Onun etdiyi satqın və alçaq hərəkətdir. Ümumiyyətlə, Dzyubanı həbs etmək lazımdır! Ölkənin belə ağır durumunda belə deyirsə, cəhənnəmə getsin! O, hələ çox peşman olacaq!”
Xatırladaq ki, daha əvvəl Rusiya millisinin baş məşqçisi Valeri Karpin bildirmişdi ki, Dzyuba Ukraynadakı vəziyyətə görə yığmaya çağırılmamasını xahiş edib.
Emin