
Uels millisinin ulduzu Qaret Beyl DÇ-2022-nin pley-off mərhələsinin final matçında Ukrayna üzərində qazandıqları qələbəni (1:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, mundialda oynamaq hüququna sahib çıxan "əjdahalar"ın təcrübəli futbolçusu UEFA-nın saytına danışıb:
"Bu, Uels tarixinin ən böyük nəticəsidir. Hamımız məmnunuq. Bunun üçün işləyir, bunun üçün çalışırdıq. Bu qələbə azarkeşlərimiz üçündür. Hisslərimi ifadə etməyə söz tapa bilmirəm...
Son bir həftədə çiynimdəki zədədən əziyyət çəksəm də, bu gün bütün gücümü meydanda qoydum".
Nihat