
Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın DÇ-2022-dəki hədəfini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:
"Biz iki önəmli oyunçumuzu itirmişik. Kante və Poqba mundialda olmayacaqlar. Əlbəttə, mürəkkəb vəziyyətdir. Amma nəzərə alaq ki,rəqiblərimiz də oxşar durumdadır. Ancaq əminəm ki, bütün gücümüzlə mübarizə aparacağıq. Hədəfimiz 1/8 finala yüksəlməkdir".
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı 20 noyabr - 18 dekabr aralığında baş tutacaq. D qrupunda yer alan son dünya çempionu - Fransa seçməsi Danimarka, Avstraliya və Tunislə mücadilə edəcək.
Nihat