
Qətərdə keçiriləcək DÇ-2022-nin iştirakçılarının bir qismi mundiala aparacağı futbolçuların adını açıqlayıb. Əsas heyətində yer alacaq oyunçularının adı maraqla gözlənilən millilərdən biri də Fransa seçməsi idi.
Fanat.Az xəbər verir ki, "Xoruzlar"ın çalışdırıcısı Didye Deşam Qətərdəki mundialda 25 futbolçunun xidmətindən faydalana biləcək. Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 6-sı yarımmüdafiəçi və 7-sı hücumçudur:
Qapıçılar: Alfons Areola (“Vest Hem”), Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Renn”).
Müdafiəçilər: Lukas Hernandes, Benjamin Pavar, Dayo Upamekano (hamısı "Bayern Münhen"), Teo Hernandes (“Milan”), Presnel Kimpembe (PSJ), İbrahima Konate (“Liverpul”), Jül Kunde (“Barselona”), Uilyam Saliba (London "Arsenal"ı), Rafael Varan ("Mançester Yunayted").
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Orelyen Tçuameni (hər ikisi “Real Madrid”), Yussuf Fofana (“Monako”), Matteo Genduzi, Jordan Veretu (hər ikisi “Olimpik”), Adrien Rabyo (“Yuventus”).
Hücumçular: Kinqsli Koman (“Bayern”), Usman Dembele (“Barselona”), Olivye Jiru (“Milan”), Antuan Qrizman (“Atletiko”), Kristofer Nkunku (“Layptsiq”), Kərim Benzema (“Real”), Kilian Mbappe (PSJ).
Komandanın Pol Poqba və Nqolo Kante kimi itkilərinə rəğmən Fransa DÇ-nin favoritlərindən hesab olunur.
Milli komandanın hər bir mövqeyində Avropanın top-klublarıdan olan futbolçular var. Onların hər biri klublarında əsas heyətin oyunçularıdır.
"Sofascore" portalının əmsallarınə əsasən komandanın ortalama göstəricisi 7.05-dir. Komandanın ortalama yaşı isə 26-dır.
D qrupundakı rəqibləri Danimarka, Avstraliya və Tunislə müqayisə etsək Deşamın komandasında olan futbolçular həm fərdi ustalıq səviyyəsi həm də təcrübəsinə görə daha öndədir.
Fransa millisi DÇ- çərçivəsində ilk oyununa noyabrın 30-u çıxacaq. Rəqib isə Tunis seçməsidir.
Emin Şəmsiyev