17:14 26.04.2014 906

"Lipa"lı “Həzrət Məhəmməd”, əli cibində hakim...

Açığı, ora yollananda tam fərqli mənzərə ilə rastlaşacağımı düşünürdüm. “II Tolerantlıq Kuboku”na qatılan bəzi komandaların adları yarışda hər halda psixoloji də olsa, qarşıdurma baş verəcəyi təsəvvürünü yaradırdı. Görəsən, “İmam Hüseyn”, “İmam Rza, “Xanım Zəhra” və “Həzrət Məhəmməd” “Yəhudi icması”na qarşı hansı ovqatda köklənəcəkdilər? Yaxud elə xristianlığın katolik və pravoslav qanadlarına mənsub komandaların bir-birinə, vəhabilərə məxsus olduğu deyilən Müşfiqabad məscidinin eyniadlı komandasının, məsələn, adından şiəlik yağan “Məşədi Dadaş”a necə münasibət göstərəcəyi də sual doğururdu.

 

Turnirin keçirildiyi idman kompleksinin mini-futbol meydançalarına daxil olarkən, saat 18:00-ı göstərirdi. Qapalı meydanda “Yəhudi icması” ilə “Pravoslav kilsəsi” komandaları oyuna başlamaq üzrə idilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli də əlindəki fotoaparatla onları çəkirdi.

 

Yəhudi papağı geyinən məşqçi

 

Komanda üzvləri bir-biri ilə mehribancasına salamlaşdılar və sinəsində AFFA-nın loqosunu gəzdirən hakim matçın start fitini çaldı. Kənarda başına yəhudi papağı qoymuş şəxs komandasına göstərişlərini verirdi. İki komandanın əynindəki formalar bir-birindən seçilirdi. Orxan Əli dedi ki, komitə turnirin bütün 16 iştirakçı komandasının nəinki forma, həmçinin, həkim, oyun zamanı su, oyundan sonra isti çayla təminatını öz üzərinə götürüb. Yarış isə Milli Tolerantlıq Mərkəzi ilə birgə təşkil olunub. Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş turnirin keçirilməsində əsas məqsəd Azərbaycanın mövcud dinlərarası tolerantlıq mühitini inkişaf etdirməkdir. Müsəlman, xristian və yəhudi dininə mənsub insanların futbol meydanlarında da bir araya gəlməsi tolerantlığın əyani nümunəsidir. Komitə rəsmisinin sözlərinə görə, heç bir ölkədə belə formatda turnir təşkil olunmur.

 

Oyunlar hər biri 20 dəqiqəlik olmaqla, 2 hissədən ibarətdir. Turnirə xarici ölkə səfirliklərinin əməkdaşları səviyyəsində də maraq göstərilir. Hətta “I Tolerantlıq Kuboku”nda İtaliyanın Azərbaycandakı keçmiş səfiri Mario Baldi də “Katolik kilsəsi”nin heyətində çıxış edib.  

 

Uqandalı və ermənilərə qarşı vuruşmuş protestant

 

Qonşu meydançaya keçirik. Burada isə “İrfan” (Binəqədi) ilə “Həyat sözü” komandaları üz-üzə gəlir. Oyun elə sakit tempdə keçir ki, hətta hakim oyunu əllərini cibinə salaraq, idarə edir. “Həyat sözü”nün heyətində iki qaradərili futbolçu oynayırdı. Biri ilə əvəzlənib meydanın kənarında olduğu vaxt qısaca söhbət edə bildim. Dedi ki, Uqandadandır, Bakıdakı ali təhsil ocaqlarından birinin tələbəsidir, azərbaycanca çətinliklə də olsa, danışa bilir. Oynadığı komanda isə protestantlara məxsusdur. “Həyat sözü”nün digər üzvü ilə geniş söhbətləşmək imkanı yarandı. Adı Leonid, soyadı Torseyev olan bu şəxsin özü də, valideynləri də Bakıda doğulublar. 1994-1998-ci illərdə Milli Ordu sıralarında hərbi xidmət keçib. Hətta hərbi xidmətinin ilk ilində N saylı hərbi hissənin əsgəri kimi Horadiz və Beyləqan istiqamətlərində ermənilərə qarşı vuruşub.    

 

“Lipa”sız turnir olmaz...

 

“İrfan”ın heyətində isə əyninə “Bakı” klubuna məxsus gödəkçə geyinmiş qapıçı diqqətimi cəlb edir. Gödəkçənin üzərində klubun loqosu, arxasında isə adı yazılmışdı. Olmaya, bu qapıçı “lipa”dır? Axı necə ola bilər ki, peşəkar komandanın forması həvəskar futbolçuda peyda olsun? Komitə rəsmisindən soruşuram. O isə “Ola bilsin, yaxınlarından kimindirsə, alıb əyninə geyinib” dedi. İnsafən, qapıçı öz qapısını o qədər də yüksək səviyyədə qoruya bilmirdi. Bəlkə də burada komandasının rəqibdən zəifliyi də öz sözünü deyirdi. Amma az sonra məlum oldu ki, ilk turdaca “Həzrət Məhəmməd” (Səbail) komandasının heyətində “lipa” aşkarlanıb. Bu, “Məşədi Dadaş” (Yasamal) komandası ilə oyun öncəsi üzə çıxıb. Dərhal həmin saxta oyunçu heyətdən kənarlaşdırılıb...

 

Tanınmış məşqçiyə həvalə olunan komanda

 

Yasamalı təmsil edən komandanı idman kompleksinin çayxanasında gördük. Kefləri yaxşı idi. “Həzrət Məhəmməd”i 3:2 hesabı ilə məğlub etmişdilər. Elə ilk andaca tanış sima ilə rastlaşdım. Bu, müxtəlif futzal komandalarımızın sabiq oyunçusu və baş məşqçisi Baba Əsgərovdur. Əsgərov indi “Məşədi Dadaş”a baş məşqçi kimi kömək edir. Komanda üzvlərinin dediyinə görə, təmənnasız, “Allah rizası üçün”. Amma Əsgərov bizimlə söhbətə elə də həvəsli deyildi. Əvəzində komandanın kapitanı danışdı. Dedi ki, “Məşədi Dadaş”ın bütün futbolçuları məscidə namaz qılmağa gələnlərdir. Onlar gündəlik ibadətlə yanaşı, həftədə 2 saat futbol oynayırlar. Masa arxasında Azərbaycan millisinin formasını geyinmiş 2 şəxs də oturmuşdu. Amma kapitan iddia etdi ki, onlar peşəkar futbolçu deyillər: “Hamı istərdi ki, milli komandanın futbolçularına bənzəsin, onlar kimi geyinsin. Oynaya bilməsələr də...” Həmsöhbətimiz onu da dedi ki, çıxış etdiyi komanda “I Tolerantlıq Kuboku”nun finalçısı olub.

 

Çayxanada digər komandalar da var idi. Onlardan biri Sumqayıtın “Cümə məscidi” komandası idi. Elə ilk turdaca Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini böyük hesabla məğlub etmişdilər - 13:1. Hamısı nazik saqqal saxlamışdı. Uzun saqqallılar isə rastımıza çıxmadı. Ona görə yox ki, “Müşfiqabad”ın “Süleyman” (Xəzər) komandası ilə oyunu daha tez qurtarmışdı. Sadəcə, bu məscid artıq vəhabilərə məxsus deyil...


Elşən Məmmədov

lent.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
15:15

Meksikalı əfsanə karyerasını başa vurdu

14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X