13:18 17.05.2014 869

"Xəzər Lənkəran"dan rekord, "Neftçi"dən anti-rekord

Əvəzedici heyətlər arasında ölkə çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, dünən son turun oyunları keçirilib və bununla da 2013/14 mövsümü başa çatıb. 

Bu nəticələrdən sonra mövsümü əvəzedici heyətlərin ölkə birinciliyinın gümüş və bürünc mükafatçıları da müəyyənləşib. "Qəbələ" və "Simurq" mövsümü müvafiq olaraq 2-ci və 3-cü yerlərdə başa vurublar. "İnter" isə bir neçə həftə əvvəl çempionluğu təmin etmişdi.

Ən çox qol vuran komanda "İnter" olub. Çempionun oyunçuları 99 dəfə fərqlənib. "İnter"dən sonra "Xəzər Lənkəran" ən çox qola sevinən komanda olub - 66. Ən az "Sumqayıt"ın futbolçuları fərqlənib. Gənclik şəhəri təmsilçisi cəmi 41 dəfə qola sevinib. "Sumqayıt"dan sonra ən az qol vuran komanda "Rəvan"dı - 50.

Ən az qol buraxan komanda "Qəbələ"di. Gümüş mükafatçının qapıçıları 44 dəfə topu qapıdan çıxarmalı olub. "İnter" bu siyahıda ikincidi - 49. "Sumqayıt"ın qapıçıları topu hamıdan çox qapıdan çıxmarmalı olub. Autsayder 88 dəfə qola üzülüb. Bu göstəricidə AZAL ikinci olub - 83.

"İnter" hamıdan çox qələbə qazanıb. Bank təmsilçisi 22 oyunda 3 xalı aktivinə yazıb. "Qəbələ" 17, "Simurq" 16 dəfə qələbəyə sevinib. Sonuncu pilləni tutan "Sumqayıt" 7 dəfə qələbə qazanaraq ən az qələbəyə sevinən komanda olub. 8-ci pilləni tutan "Rəvan" 9 dəfə qalib olub.

"Rəvan" həm də ən çox heç-heçə edən komandadı. "Sarı-qırmızılılar" 14 oyunda meydanı bir xalla tərk edib. AZAL-la "Sumqayıt" isə hərəyə  dəfə heç-heçə oynayaraq bu göstəricidə sonuncu olublar.  

Mövsümün ən yaxşı bombardiri Mirsahib Abbasov olub. Çempion "İnter"in hücumçusu komandanın 99 qolundan 21-nə imza atıb. Bürünc medallara sahib çıxan "Simurq"dan Oruc Balaşlı 20 dəfə fərqlənib. "Neftçi"nin futbolçu Cavid Muxtarzadə 16 qola imza atıb.

Əvəzedici heyətlər
2013/14 mövsümü
IV dövrə, XXXVI tur

16 may
Simurq - Neftçi 2:0
Qollar: Nicat Muxtarov, 55. Asim Babazadə, 79.

AZAL - İnter 1:0
Qol: Rey Məmmədbəyli, 78.

Qəbələ - Sumqayıt 7:0
Qollar: Ehtiram Şahverdiyev, 4; 47. Elnur Camalov, 40; 81. Tellur Mütəllimov, 75. Kamal Mirzəyev, 79. Bəhlul Mustafayev, 87.

Xəzər Lənkəran - Qarabağ 3:1
Qollar: Kazım Kazımlı, 34; 54-pen. Elnur Cəfərov, 84-pen - Nicat Abbasov, 90+3.

Rəvan - Bakı 1:2
Qollar: Elnur Abdulov, 65 - Valeh Seyidov, 48. Mətin Əbilsoy, 52.

1

İnter

36

22

7

7

99-49

73

2

Qəbələ

36

17

10

9

61-44

61

3

Simurq

36

16

11

9

62-50

59

4

Bakı

36

15

11

10

53-50

56

5

Xəzər L

36

15

9

12

66-50

54

6

Qarabağ

36

13

6

17

52-59

45

7

Neftçi

36

11

10

15

56-64

43

8

Rəvan

36

9

14

13

50-54

41

9

AZAL

36

11

5

20

51-83

38

10

Sumqayıt

36

7

5

24

41-88

26


Bombardirlər: Mirsahib Abbasov (İnter) - 21. Oruc Balaşlı (Simurq) - 20. Cavid Muxtarzadə (Neftçi) - 16. Ramil Mansurov (İnter), Nurxan Mənsimzadə (İnter) - 14. Tural İsgəndərov (Qarabağ), Ehtiram Şahverdiyev (Qəbələ), Raul Yaqubzadə (Bakı) - 13.

Qeyd edək ki, əvəzedicilərin ölkə çempionatı 7-ci dəfə keçirilib. İlk dəfə 1997/98 mövsümündə belə bir birincilik təşkil olunub. 2008/09 mövsümündə yenidən bərpa olunan çempionat ardıcıl 6-cı dəfə baş tutub.

"İnter" ilk dəfə əvəzedicilərin çempionatında qalib adını qazanıb. Komanda indiyədək gümüş və bürünc medalları qazanmışdı. Gümüş mükafatçı "Qəbələ" 2011/12 mövsümündə də eyni nəticəyə imza atmışdı. Bölgə təmsilçisi 2009/10 mövsümündə bürünc medallara sahib çıxıb. Ötən mövsüm ikinci olan "Simurq" bu dəfə bir pillə geriləyib.

1997/98 OİK, Neftçi, Kəpəz
2008/09 Neftçi, Qarabağ, Bakı
2009/10 Qarabağ, İnter, Qəbələ
2010/11 Bakı, Turan, Qəbələ 
2011/12 Neftçi, Qəbələ, İnter
2012/13 Bakı, Simurq, Neftçi
2013/14 İnter, Qəbələ, Simurq

İndiyədək "Bakı" və "Neftçi" 2, OİK, "Qarabağ" və "İnter" 1 dəfə qızıl medal qazanıb. "Qəbələ" 2, "Neftçi", "Qarabağ", "İnter", "Turan" və "Simurq" hərəyə 1 dəfə gümüş medallara sahib çıxıb. Bürünc medallar 2 dəfə "Qəbələ"yə, 1 dəfə "Kəpəz", "Bakı", "İnter", "Neftçi" və "Simurq"a qismət olub.

"Neftçi" və "Qəbələ" hamıdan çox medal qazanan komandalardı - 4 dəfə. "İnter" və "Bakı" 3, "Qarabağ" və "Simurq" 2, OİK, "Turan" və "Kəpəz" bir dəfə medala sahib çıxıb.

"Neftçi" əvəzedicilərin çempionatına ən pis nəticəsinə imza atıb. 7-ci pilləni tutan paytaxt klubu indiyədək ən pis halda 6-cı olmuşdu. Həmin vaxt isə çempionat 10 yox, 12 komanda arasında keçirilib. 

"Xəzər Lənkəran" isə ən yaxşı nəticəsinə imza atıb. 5-ci pilləni tutan komanda heç vaxt ilk "beşliy"ə düşməmişdi. 6-cı dəfə əvəzedicilərin çempionatına qatılan lənkəranlılar bir dəfə 7-ci, iki dəfə 10 və 11-ci pillələri tutmuşdu.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

Facebookdan bizi izləməyi unutmayın.
X