I divizionda 2013/14 mövsümü başa çatıb. Fanat.az xəbər verir ki, son tutun qarşılaşmaları oynanılıb.
"Neftçala" "Turan-T"ni səfərdə 3:2 hesabı ilə yenərək mövsümü ikinci pillədə başa vurub. "Karvan" - MOİK oyunnuda 10 qol vurulsa da, qalib müəyyənləşməyib - 5:5. "Lokomotiv" - "Şahdağ" və "Şəmkir" - "Ağsu" qarşılaşmaları 1:1 hesabı ilə başa çatıb. "Bakılı" "Kəpəz"lə oyuna gəlməyib. Bu səbəbdək paytaxt klubuna texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, turun bir oyunu mayın 1-də keçirilmiş və çempion "Araz Naxçıvan" "Energetik"i 9:0 hesabı ilə yenmişdi. Daha bir qarşılaşma isə dünən oynanılmış və "Mil-Muğan" "Qaradağ"la heç-heçə etmişdi.
I divizion
2013/14 mövsümü
II dövrə, XXX tur
12 may
Araz Naxçıvan - Energetik 9:0
Qollar: Tərlan Xəlilov, 41. David Canalidze, 42; 50; 70; 85. Akif Tağıyev, 45+1. Cavid Həsənov, 49. Bəxtiyar Soltanov, 79. Fərid Quliyev, 80.
17 may
Mil-Muğan - Qaradağ 0:0
18 may
Lokomotiv - Şahdağ 1:1
Qollar: Vasif Rzayev, 16 - Vüqar Asəliyev, 86.
Karvan - MOİK 5:5
Qollar: Əli Bağırov, 11; 28-pen; 36; 61; 78 - Məhəmməd Bədəlbəyli, 10; 50; 64; 67. Cavid Həziyev, 73.
Göyəzən - Şuşa 2:1
Qollar: İlkin Allahverdiyev, 65. Elgün Namazov, 68 - İlkin Cəlalzadə, 85.
Şəmkir - Ağsu 1:1
Qollar: Seyhun Əliyev, 64 - Fərmayıl Əliyev, 61.
Turan-T - Neftçala 2:3
Qollar: Rəşad Piriyev, 10; 85 - Elvin Adışirinli, 2. Murad Ağakişiyev, 75; 78.
| 1 | Araz | 30 | 25 | 4 | 1 | 66-11 | 79 |
| 2 | Neftçala | 30 | 21 | 5 | 4 | 80-22 | 68 |
| 3 | Qaradağ | 30 | 18 | 9 | 3 | 52-14 | 63 |
| 4 | Ağsu | 30 | 17 | 7 | 6 | 56-26 | 58 |
| 5 | Şahdağ | 30 | 16 | 7 | 7 | 55-22 | 55 |
| 6 | Şuşa | 30 | 15 | 9 | 6 | 60-26 | 54 |
| 7 | Turan-T | 30 | 13 | 5 | 12 | 52-46 | 44 |
| 8 | Karvan | 30 | 12 | 6 | 12 | 46-56 | 42 |
| 9 | Mil-Muğan | 30 | 11 | 7 | 12 | 29-33 | 40 |
| 10 | Lokomotiv | 30 | 12 | 3 | 15 | 42-58 | 39 |
| 11 | Şəmkir | 30 | 8 | 7 | 15 | 27-41 | 30 |
| 12 | MOİK | 30 | 7 | 8 | 15 | 37-56 | 29 |
| 13 | Bakılı | 29 | 6 | 6 | 17 | 34-57 | 24 |
| 14 | Kəpəz | 29 | 6 | 4 | 19 | 26-37 | 22 |
| 15 | Energetik | 30 | 2 | 5 | 23 | 11-92 | 11 |
| 16 | Göyəzən | 30 | 3 | 2 | 25 | 13-89 | 11 |
Bombardirlər: Əli Bağırov (Karvan) - 25. David Canalidze (Araz Naxçıvan) - 24. Məhəmməd Bədəlbəyli (MOİK) - 20. Sərxan Ağayev (Şahdağ) - 18. Elvin Adışirinli (Neftçala/Şuşa) - 17. Rəşad Piriyev (Turan-T) - 14. Ceyhun Abdullayev (Neftçala) - 12. Qalib Əmrahov (Ağsu) - 11.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol