11:04 05.08.2014 643

"Neftçi" bu mərhələni rahat adlayacaq" - MÜSAHİBƏ

"Turan-T"nin yeni baş məşqçi Badri Kvaratsxeliyanın müsahibəsi


- “Turan-T”yə gəlişiniz barədə məlumat verərdiniz. Necə oldu ki, Tovuz təmsilçisinə gəldiniz?

- Açığını deyim ki, mən bu təklifi gözləmirdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladıqdan sonra düşünmədən razılaşdım. Çünki mən Tovuz futbolunu çox yaxşı tanıyıram. Azərbaycan futbolunu ilk dəfə Avrokuboklarda təmsil etmiş, çempion olmuş bir şəhərin təmsilçisidir. Perspektivi və potensialı ilə yanaşı bu klubun keçmişi hamıya məlumdur. Azərbaycan futbolunun mərkəzlərindən biridir. Maliyyə sıxıntısı səbəbindən əvvəlki əzəmətini itirsə də bura bir bulaqdır. Bu perspektivi gördüyüm üçün komandaya gəldim. Burada işləmək mənim üçün şərəfdi. 


- Artıq bir həftəyə yaxındı ki, hazırlıq keçirsiniz. İlkin təəssüratlarınızı bölüşərdiniz. 

- İlk öncə rəhbərliyə komandaya yaratdığı şərait üçün təşəkkürümü bidirirəm. Hələ ki, komandanı formalaşdırmaq üçün çalışırıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Vacib deyil tovuzlu olsun Azərbaycanın hər yerindən istedadlı gənc futbolçuları komandaya cəlb edib onların inkişaf etmələrinə nail olacağıq. Yerli futbolçuların da arasında perspektivliləri kifayət qədərdi. Əsas məqsəd döyüşkən, mübariz komanda formalaşdırmaqdı. İşlərimiz bu yöndə davam edəcək. 


- Qarşınıza hansı məqsəd qoyulub?

- Qeyd etdiyim kimi ilk növbədə döyüşkən komanda qurmaq istəyirik. Asan təslim olmayan, mübariz komanda yığıb gənc futbolçuların üzə çıxmasına çalışacağıq. Çempionatda isə bacardığımız qədər irəli getmək istəyirik . Ən az ilk 6-lıqda qərarşalmaqdı məqsədimiz. Bizim işimiz bir illik deyil. Gələcəyin komandasını qururuq. Düzdü gücümüz daxilində şəraitimiz var. İlk öncə özümüzü sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq. 


- “Turan-T”nin maliyyə imkanları yüksək səviyyədə olmasa da bu təklifi qəbul etmisiniz...

- Düzü mən buraya pul üçün gəlməmişəm. Mənim də öz məqsədim, öz ambisiyalarım var. Özümü işimlə sübut etmək istəyirəm. Futbolçularımdan da bunu tələb edirəm. Ambisiyası olmayan, karyerasını düşünməyən futbolçu mənə lazım deyil. Fikirləşirəm ki, özümü təsdiq etmək üçün “Turan-T” ən yaxşı variant idi. Burada həm əsas komandanı qurmaq, nəticələr əldə etmək həm də uşaq futbolunun inkişafına nail olmaq istəyirəm. Qismət olarsa, elə bu komanda ilə yüksək liqaya vəsiqə qazanıb orda da uğurlu nəticələr əldə etmək istəyirəm. Bu səbəbdən də burdayam. 


- Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşmüsünüz. Həmişə futbola yaxın olan bir insan kimi sizdən nə tələb etdi, nələri müzakirə etdiniz?

- Öncə komandanı diqqətdə saxladığı, məni qəbul etdiyi üçün Tofiq müəllimə təşəkkürümü bildirirəm. O, futbolu yaxından izləyən, rayonunu və komandasını sevən insandır. Komandanı daim yüksəklərdə görmək, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytarmaq istəyir. Mənə güclü, daha çox gənclərdən təşkil olunmuş komanda yaratmağı və çempionatda yüksək nəticələr əldə etməyi tövsiyyə etdi. Belə olacağı halda daim dəstək verəcəyini, komandanın yanında olacağını qeyd etdi.


- Uzun müddət Azərbaycanda oynamısınız, çalışmısınız. Sizcə futbolumuzda nələr dəyişib? İnkişaf varmı?

- Təbii ki, mənim oynadığım dövrlə indiki arasında böyük fərq var. İndi infrastruktur, şərait, maliyyə hər şey fərqlidi. Komandalara yüksək səviyyəli legionerlər, məşqçilər dəvət olunur. I divizionda çox komandanı tanımasam da məsələn mən “Qəbələ”də çalışarkən kubokda “Qaradağ-Lökbatan”la qarşılaşmışdıq. “Qəbələ”nin səviyyəsinə hər kəs bələddir amma həmin oyunda I divizion komandası layiqli müqavimət göstərdi. İnkişaf var və məncə getdikcə daha da yüksək tempdə inkişaf edəcək. 


- Yəqin ki, “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı son oyunlarını izləmisiniz ...

- Bəli hər iki oyuna baxmışam. Açığı deyim ki, “Qarabağ” məni yaxşı mənada təəccübləndirdi. “Zalsburq” Avropanın güclü klublarından biridi. Onların infrastrukturu, şəraiti , maliyyə imkanları qitənin ən yaxşılarındandı. Lakin “Qarabağ” belə güclü rəqibdən çəkinmədən mübarizə apardı. Deyərdim ki, “Qarabağ” tarix yazdı, bu münasibətlə komandanı təbrik edirəm. Komanda əsl çempion kimi mübarizə apardı və layiqli qələbə qazandı. “Neftçi” haqda onu deyim ki, “Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim. Çünki bu iki komanda arasında böyük fərq var. “Neftçi”nin yaxşı baş məşqçisi, səviyyəli futbolçuları var. Məncə, “Neftçi” bu mərhələni rahat adlayacaq. 


- Yeri gəlmişkən, “Neftçi” - “Çixura” oyununda qalmaqal yaşanmışdı. Uzun müddət Azərbaycanda yaşamış bir insan kimi münasibətinizi bilmək istərdik...

- Bu sırf təxribatdı. Əsrlərdi Azərbaycan və Gürcüstan xalqları əla qonşuluq, dostluq, qardaşlıq münasibətində yaşayıblar və beləcə də yaşayacaqlar. Bu təxribatçılar iki dost xalqın bir-biri ilə münasibətini pozmaq istəyirlər. Əminəm ki, müdrik Azərbaycan xalqı bu təxribata aldanmayacaq. Həm azərbaycanlılar, həm də gürcülər belə insanlara aldanmasınlar. Heç vaxt hansısa gürcü və ya azərbaycanlı bu dostluğu pozmağa çalışmaz. Təxribatçıların hamısı layiqli cəzalarını alacaqlar. Dövlət başçıları da bu məsələni diqqətdə saxlayırlar. Gürcüstan höküməti dərhal o insanları tapıb cəzalandırmağı tapşırıb. Belə şeylər yolverilməzdi. Elələri heç vaxt istəklərinə çatmayacaqlar.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

Facebookdan bizi izləməyi unutmayın.
X