12:30 23.08.2014 738

Xorda oxumuş futbolçumuz kimdi? - MÜSAHİBƏ

"İnter"in futbolçusu Elvin Məmmədovun müsahibəsi

- Necə ailədə böyümüsən, Məmmədov? Sənə uşaqlıqda çoxmu Tovuz uşağı deyirdilər?
- Bəli, Tovuz uşağıyam. 1988-ci ildə iyulun 18-də Tovuzda anadan olmuşam. Ailəm atam, anam və qardaşlarımdan ibarətdi. 4 qardaşın ən kiçiyiyəm. Deyərdim ki, balacalıqdan tərbiyəli, sakit uşaq olmuşam, çox nadinc olmamışam.

- Bakıya nə vaxt gəlmisən?
- 9-cu sinifdə oxuyanda Bakıya gəldim. Elə olurdu ki, məşqlərə gəlirdim, sonra yenidən rayona qayıdırdım, yəni çətin olurdu, amma öhdəsindən gəlirdim. Məşğul olduğum işi sevirdim deyə o çətinliyə baxmırdım, belə desək, dözməyə çalışırdım. Oxuyan uşaq olmamışam. 5-ci sinifdən sonra başladım oxumağa, daha çox tarix dərsini yaxşı oxuyurdum.

- Tarixdən hansı dərs yadında qalıb? Məsələn, Manna dövləti nə vaxt yaranıb?
- Səhv eləmirəmsə 9-cu əsrdə yaranıb.

- Tovuzda - rayon yerində futbola maraq hardan yaranmışdı?
- Böyük qardaşım futbola gedirdi, sonra məni də apardı. O davam eləmədi, amma mən davam elədim. İlk olaraq Tovuz futbolundan başladım. Tovuzda “Turan” komandasında oynamışam.

- Milliyə səni ilk dəfə kim gətirib? 
- Deməli, Tovuzda oynayanda seçimlərə gəlmişdilər. Bizi İslam müəllim seçmişdi, elə o vaxtdan millidə oynamağa başladım.

- Məktəb illəri neçə keçirdi? Nə ilə fərqlənirdin?
- Məşğul olmadığım idman növü yox idi. (gülür) Həndbol, voleybol, üzgüçülük, hətta xora da gedirdim.

- Deməli, yaxşı səsin var?
- Xora seçmişdilərsə, deməli, nəsə var. (gülür)

- Məmmədov, səni cüdoda, güləşdə təsəvvür edə bilmirəm. Özün necə?
- Əslində, özüm də təsəvvür etmirəm. Bir ara güləşə getdim, maraqlı idi, həm də çox çətin idi. Bir hərəkəti öyrənmək üçün neçə dəfə təkrar etməlisən, mən isə iki dəfədən artıq etmirdim, gücüm çatmırdı.

- “İnter” - “Qarabağ” - “Bakı” - “İnter” - dönüş nöqtəsi hansında oldu?
- Tovuzda başladım, “İnter”də inkişaf elədim, uğurlarım oldu, “Qarabağ”da isə dönüş nöqtəsi oldu. "Bakı"da özümü göstərə bilmədim, müəyyən zədələrim oldu, amma “İnter”də inanıram ki, özümü istədiyim kimi göstərəcəm.

- “Bakı”da zəif idin, amma daha sonra bir çoxları “Qarabağ”dan ayrılmağına həm üzüldü, həm də dedilər ki, o uğur qazanmayacaq.
- Düzdü, "Bakı"nın sistemi elə idi ki, məşqçilər tez-tez dəyişirdi, bu da pis təsir edirdi, öyrəşirdim, özümü nizamlayırdım ki, yenidən nəsə olurdu. “Qarabağ”dan ayrılmağım pis təsir göstərdi, çünki “Qarabağ” kimi komandaya, o sistemə öyrəşmişdim.

- Əvvəlki Elvin Məmmədov və indiki arasında fərq çoxdu məncə?!
- Düzünü desəm, haqlısan, yenidən o Elvin olmalıyam və karyerama diqqət etməliyəm, daha çox çalışmalıyam. İnanıram ki, alınacaq.

- “Bakı”dan niyə ayrıldın?
- “Bakı” ilə 3 illik müqaviləm var idi və bitdi. Daha sonra başqa klublardan təklif gəldi, “İnter”dən də həmçinin. Bunu dəyərləndirdim. Artıq “İnter”lə razılaşmışdıq, başqa komandaya yox deməli idim.

- Məşqlərdə sevmədiyin hərəkətlər?
- Ayaq hərəkətləri var ki, onları sevmirəm, amma bir futbolçu üçün bu hərəkətlər mütləqdi.

- Ən yaxşı futbolçularımız kimlərdi?
- Araz Abdullayev, Rəşad Sadıqov, Ruslan Abışov, Rauf Əliyev, Cavid Hüseynov və s.

- Yaxşı, bəs ən çox sevdiyin yemək hansıdı?
- Plovu, dolmanı sevirəm. Bu yeməkləri yeməmək mümkün deyil. (gülür)

- Sənin zövqün yoxdu desəm?
- Necə məsləhətdi. (gülür)

- Niyə hansısa ölkəyə oyuna gedəndə ilk olaraq mağazalara gedirsiz?
- Düzünü desəm, hansısa ölkəyə gedəndə oranın hər yeri maraqlı gəlir - havası, suyu, yeməyi, insanları, mağazaları, geyimləri və s. Biz oyuna gedirik, məşqlər öz yerində, amma istirahət də verilir. O vaxtdan istifadə edib harasa gəzməyə çıxırıq, onda da mağazalara gedib alış-veriş edirik. (gülür)

oxu.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X