
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları bu gün start götürüb.
Fanat.Az xəbər verir ki, yarışda ilk olaraq stolüstü tennisçilər qüvvələrini sınayır.
Stolüstü tennisçilərin Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan mübarizəsinə saat 10:00-da start verilib. Azərbaycanı bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edirlər.
Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.