18:06 29.08.2014 830

"Bir daha əmin olacaqlar ki, Qarabağ Azərbaycanındı"

Azərbaycan milli komandasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun müsahibəsi

- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədi. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq.
- “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk oyunda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.

- “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırmışdı. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?
- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, Qarabağ Azərbaycanındı. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdi.

- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?
- “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq. “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə oyunlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir oyuna maksimum dərəcədə köklənək və nəticə əldə edək.

- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidir?
- “Qarabağ”ın heyəti yetərlidi. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldı. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdı. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.

- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdı.
- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının oyunları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.

- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?
- Karyeramın yaxşı mərhələsidi. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdı. Amma yenə də irəli getmək istəyirəm.

pfl.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X