10:57 08.11.2025 393

8 noyabr - Zəfər Günü

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Eyni zamanda, 2023-cü il aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə üçrəngli şanlı Azərbaycan bayrağını ucaldıb.

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi 2024-cü iyunun 12-də başa çatıb. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.

Bundan başqa, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 8 noyabr ölkədə qeyri-iş günüdür.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2026
09:25

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşir - PÜŞKATMA

09:00

Asiyalılardan fantastik başlanğıc: Hələ heç biri uduzmayıb

08:00

DÇ-2026: Son 24 saatda mundialda qələbə qazanan olmadı

02:16

Sabiq "Neftçi"li "ağlını itirib"?

01:46

Dünya çempionatında hələ belə hadisə olmamışdı

00:57

DÇ-2026: İspaniyadan gözlənilməz başlanğıc, Belçika - Misir matçında "sülh"

15 İyun 2026
23:26

"Turan Tovuz" Konfrans Liqasında iştirak edəcək? - DƏQİQLƏŞDİ

22:23

Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar

21:32

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

20:28

Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi

19:31

Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər

18:32

Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatıldı

17:49

Ruben Amorimin yeni iş yeri bilindi - Bu həftə rəsmi müqavilə imzalayacaq

17:13

Mərakeş millisinin ulduzu Almaniya nəhəngində - Fabritsio Romano açıqladı

16:36

"1:4 hesabı daha ədalətli olardı"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:48

AFFA-nın baş katibi FİFA İcraedici Futbol Sammitində

15:38

"Şəfa"da yeni qapıçı - RƏSMİ

15:25

"Kəpəz" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:46

"Sabah"a yeni idman direktoru təyin olundu

14:09

Azərbaycanlı vinger "Pafos"la müqavilə bağladı - RƏSMİ

13:47

Kukurelya "Real Madrid"ə transfer olundu - RƏSMİ

13:19

Azərbaycan təmsilçisi Avropa çempionatında daha bir "qızıl" qazandı

12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

11:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

Facebookdan bizi izləməyi unutmayın.
X