
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, İslamiadanın sonuncu günündə Azərbaycan təçsilçiləri üç idman növündə mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) hazırda medal sıralamasında 10-cu pillədə qərarlaşıb.