
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.
Seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı "WTT Youth Contender" turnirində mübarizə aparacaq.
Bu gün başlanan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.
Xatırladaq ki, Onur, bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüsdü.