19:40 27.07.2026 95

MEDİA bəyanat yaydı

İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.

Fanat Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.

Qeyd olunub ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:

"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".

MEDİA bəyan edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

"Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq", deyə məlumatda bildirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 İyul 2026
21:17

"Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik" - Valdas Dambrauskas

20:52

"Çelsi" Aleks Skot transferində israrlıdır

20:08

"Turan Tovuz" Türkiyə təmsilçisi ilə heç-heçəyə razılaşdı

19:40

MEDİA bəyanat yaydı

19:11

"Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram" - Fərid Qayıbov

18:48

"Murov Az Terminal" İqor Qalaqanovla müqavilənin müddətini uzadıb

18:12

Serbiya Superliqasının baş katibi Peşəkar Futbol Liqasının qonağı olub

17:54

"Sabah" səfərdə də qələbə qazanıb mərhələni keçəcək" - Samir Əliyev

17:42

"Qarabağ"dan azarkeşlərinə xoş sürpriz

17:31

"Zirə"nin rəqibi Sumqayıtda azarkeşsiz oynayacaq

17:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:14

"İmişli"də yeni oyunçu - RƏSMİ

17:13

2-ci Liqada da püşkatmanın vaxtı müəyyənləşdi

16:55

"Zəngəzur" qolçu hücumçu ilə razılığa gəldimi? - Bilindi

16:38

"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

16:20

Birinci Liqada püşkatma mərasimin vaxtı bilindi

16:02

Nəziri Yaqubovu yanına apardı

15:44

"Qarabağ"ın baş direktoru Jeremi Qnali ilə bağlı son vəziyyəti açıqladı

15:26

"Arsenal" Vinisius üçün rekord məbləğdə maaş verməyə hazırdır

15:08

"Qarabağ" Mateus Silvanı satır? - Dəqiqləşdi

14:50

"Sabah"ı "Vare Areena"da neçə azarkeş dəstəkləyəcək?

14:31

"Neftçi" "Dinamo" ilə cavab matçında dəstəksiz qalacaq

14:12

Azərbaycan Prezidenti Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzaladı

13:54

"Beşiktaş" axtardığı yarımmüdafiəçini İngiltərədə tapdı

13:36

"Qalıb işləməyimi istəyirdilər, razılaşmadım" - Rüstəm Məmmədov

13:18

Zaqatala baş məşqçisi ilə yollarını ayırdı

12:59

Dünya çempionatı: İsfahan Həsənov startda inamlı qələbə qazandı

12:41

"Turan Tovuz" Türkiyədə növbəti sınağına çıxır

12:23

Pirlo İtaliya millisini çalışdırmayacaq - Bu addımı ilə namizədliyinin üzərindən xətt çəkildi

12:04

Orxan Həbibli dünya çempionatına qələbə ilə başladı

11:46

İlqar Nadiridən yeni baş məşqçi qərarı - Gəncə təmsilçisini Elman Sultanov yox, o, çalışdıracaq

11:27

DÇ-nin finalını idarə edən hakim karyerasını bitirdi

11:08

Camal Musiala "Qalatasaray"a gəlir - SON DURUM

10:49

UEFA-dan Kamal Umudluya növbəti təyinat gəldi

10:30

Arda Gülər "Real"dan ayrılır?

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Dünya çempionatı: Bu gün 5 güləşçimiz mübarizəyə başlayır

09:25

"Yuventus" İngiltərə millisinin üzvü ilə güclənir - Danışıqlar başladı

09:00

Mourinyu bu futbolçuya "Real"da oynamaq şansının az olduğunu dedi - Gedəcəkmi?

26 İyul 2026
23:44

Vinisius Juniordan "Real Madrid"ə astronomik tələblər

Facebookdan bizi izləməyi unutmayın.
X