Əvəzedici heyətlərin çempionatında VI tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçında "İnter" "Bakı"nı qəbul edib. "Bankirlər" 2:1 hesablı qələbə sayəsində birinci pillədəki mövqeylərini möhkəmləndirib.
İkinci oyun günündə daha iki oyun keçirilib. "Xəzər Lənkəran" doğma meydanda "Araz Naxçıvan"ı darmadağın edib - 4:0. "Sumqayıt" - AZAL matçı 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qoluna bir neçə gün əvvəl "Zirə"dən "Sumqayıt"a transfer olunan Fərid Quliyev imza atıb.
Turun son iki qarşılaşması bu gün baş tutub. "Neftçi" səfərdə "Qəbələ"yə 0:1, "Qarabağ" evdə "Simurq"a 1:4 hesabı ilə yenilib.
Əvəzedici heyətlər
2014/15 mövsümü
I dövrə, VI tur
İnter - Bakı 2:1
Qollar: İlkin Sadıqov, 21. Azər Salahlı, 80 - Raul Yaqubzadə, 37.
19 sentyabr
Sumqayıt - AZAL 1:1
Qollar: Fərid Quliyev, 25 - Nihad Əmirli, 45+1.
Xəzər Lənkəran - Araz Naxçıvan 4:0
Qollar: Bəhruz Teymurov, 34. Kazım Kazımlı, 51, 66. Kamran Abdullazadə, 77.
20 sentyabr
Qəbələ - Neftçi 1:0
Qol: Muxtar Əliyev, 77.
Qarabağ - Simurq 1:4
Qollar: Fuad Məmmədzadə, 58-pen - Nicat Muxtarov, 29, 37. Oruc Balaşlı, 62-pen. Vüsal İsgəndərli, 90+2.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | İnter | 6 | 5 | 0 | 1 | 18:9 | 15 |
| 2 | Qəbələ | 6 | 5 | 0 | 1 | 11:6 | 15 |
| 3 | Qarabağ | 5 | 4 | 0 | 1 | 12:8 | 12 |
| 4 | Xəzər L | 6 | 3 | 1 | 2 | 12:8 | 10 |
| 5 | Simurq | 5 | 3 | 1 | 1 | 11:7 | 10 |
| 6 | Neftçi | 5 | 1 | 1 | 3 | 7:8 | 4 |
| 7 | AZAL | 5 | 1 | 1 | 3 | 3:7 | 4 |
| 8 | Araz N | 5 | 1 | 1 | 4 | 8:14 | 4 |
| 9 | Bakı | 5 | 1 | 0 | 4 | 11:11 | 3 |
| 10 | Sumqayıt | 6 | 0 | 1 | 5 | 7:22 | 1 |
| Bombardirlər | Mirsahib Abbasov (İnter) - 8. İlkin Sadıqov (İnter), Fuad Məmmədzadə (Qarabağ), Oruc Balaşlı (Simurq) - 5. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol