
İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28,950 xalla bürünc medala sahib olublar.