09:32 20.10.2014 1189

Osiyek faciəsi, istefa, "lezbiyanka" etirafı - ÖTƏN HƏFTƏ

Fanat.az bu həftədən etibarən yeni rubrikaya start verir. "Ötən həftə" adlanan bu rubrikada başa vurduğumuz həftənin ən mühim olaylarını seçib sizlərə təqdim edəcəyik:


Osiyek faciəsi


Sözsüz ki, həftənin ən önəmli hadisələrindən biri milli komandamızın Xorvatiya ilə oyunu oldu. AVRO-2016-nın seçmə mərhələsinin ilk iki matçında Bolqarıstan və İtaliyaya 1:2 hesabı ilə yenilən yığmanın Xorvatiya səfəri fiasko ilə nəticələndi. Oktyabrın 13-dən 14-nə keçən gecə futbol tariximizin "Osiyek faciəsi" yazıldı və komandamız 0:6 hesabı ilə yenildi. Matçdan sonra Berti Foqts Azərbaycandakı 6 illik fəailiyyəti ərzində ilk dəfə istefa verəcəyinə işarə vurdu.


İmişlidə böyük saxtakarlıq


Həftə I diviziondakı saxtakarlığın aşkarlanması ilə də əhəmiyyətli oldu. Məlum oldu ki, "Kəpəz"lə matçda "Mil-Muğan" Rəmzi Məmmədovu saxta sənədlərlə oynadıb. Nəticədə İmişli klubuna bütün oyunlara görə texniki məğlubiyyət verildi və komanda turnir cədvəlinin son pilləsinə yuvarlandı. Rəmzi Məmmədova isə 1 il ərzində AFFA və PFL in bayrağı altında keçirilən bütun yarışlarda iştirak etmək qadağan olundu.


Qeyd edək ki, III turun “Mil-Muğan” - “Turan-T” matçında İmişli klubu Fərid İbrahimlinin (doğum tarixi: 30.05.1993) əvəzinə klubun digər futbolçusu Orxan Məhərrəmovu (doğum tarixi: 11.11.1990) oynatmışdı. Limit pozulduğuna görə kluba texniki məğlubiyyət verilmişdi.


Olimpiya stadionunda üsyan


Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən işçilərin etiraz aksiyası da yola saldığımız həftəyə damğa vuran olaylardan oldu. Belə ki, oktyabrın 14-də "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi"nin işçiləri işi dayandırdı. Səbəb isə sentyabr ayı üçün əmək haqqlarını ala bilməmələri idi. Müdiriyyət işçiləri işdən qovmaqla hədələyib, daha sonra isə onlara bir gün sonra maaşlarının veriləcəyi vədini verərək aksiyanı dayandırdı.


"Araz"da yeni baş məşqçi


Joze Alesio Da Silvanın "Kayrat"a qaçışından sonra başsız qalan futzal üzrə "Araz" klubu yeni baş məşqçisinə oktyabrın 15-də qovuşdu. Bundan sonra Naxçıvan klubunu ispan Tino Peres çalışdıracaq. 


1996-cı ildə "Talavera" klubunun "sükanı arxası"na keçən mütəxəssis ilk cəhdindəcə komandasını çempion edib. Bu nəticə Peresə İspaniyada "ilin məşqçisi" adını qazanması üçün kifayət edib. 1998-ci ildə "Talavera"nın baş məşqçisi Çempionlar Kubokunu da udmağa müyəssər olub. 2000-ci ildə təcrübəli məşqçi "Playas de Kastelyon"u qəbul edib. Məhz onun rəhbərliyi altında klub Avropa nəhənginə çevrilib. Peresin rəhbərliyi altında "Playas de Kastelyon" ardıcıl dəfə Çempionlar Kubokunun qalibi adını qazanıb. Bu nəticə Avropa Çempionlar Kuboku tarixində rekord nəticə olaraq bu gün də qalmaqdadı. Peresin son klubu Rusiyanın "Dinamo" klubu olub.


Və Foqts getdi


Xorvatiya ilə oyundan sonra istefa verəcəyini deyən Berti Foqtsun gedişi oktyabrın 17-də rəsmiləşdi. AFFA bundan bir gün əvvəl alman məşqçinin İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşdüyünü və istefa verdiyini açıqladı. AFFA başçısı Foqtsa fəaliyyətini davam etdirməyi təklif etsə də, alman bununla razılaşmayıb və istefa verib.


"Çoxu "lezbiyanka"dı"


19 yaşadək qızlardan ibarət yığma komandamızın sabiq futbolçusu Samirə Məmmədzadənin müsahibəsi həftənin ən çox maraq kəsb edən açıqlamalarından biri oldu. Futbolçu milli komandamızda çox sayda "lezbiyanka" olduğunu etiraf etdi: "Lezbiyanka"lar legionerlər arasında da var, azərbaycanlılar arasında da. Amma legionerlər arasında daha çoxdu. Mən "lezbiyanka” deyiləm, Allah eləməsin. Elə iş etməkdənsə, ölərəm. Mənə də belə təkliflər gələndə cavablarını verib yola salıram. Mənə bu barədə "Facebook"da yazıblar. "Nə qəşəngsən, tanış olaq" yazıblar. Hətta deyiblər ki, "mən "lezbi"yəm, "para" olaq". Demişəm: "get, işinlə məşğul ol".


Foqtsu kim əvəzləyəcək?


Foqtsun istefası rəsmiləşən kimi yığmanın baş məşqçi postuna namizədlər çıxmağa başladı. Gah bu postun Qurban Qurbanova, gah Kaxaber Tsxadadzeyə, hətta Şenol Günəşə, Şota Arveladzeyə, Qyoko Hacievskiyə tapşıralacağı iddia olundu. Amma cəmi bir gün sonra AFFA yığmanı müvəqqəti olaraq Mahmud Qurbanova tapşırıb, ən azı ilin sonunadək baş məşqçi təyin olunmayacağı mesajını verdi.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X