
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi son təlim-məşq toplanışını Almaniyanın Bad Vorişofen şəhərində keçirəcək. Fanat.Az xəbər verir ki, sentyabrın 18-dən oktyabrın 1-dək davam edəcək toplanışa dəvət edilən futbolçuların siyahısı açıqlanıb.
Onlardan üçü Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarında çıxış edir. Milliyə ən çox "İnter"dənfutbolçu çağırılıb - 7. "Qəbələ"nin 3, "Neftçi"nin 2, "Səbail", MOİK və "Sumqayıt"ın 1 üzvü toplanışda iştirak edəcək.
Nadir Qasımov, Ceyhun Muxtarlı, Şahin Zəkiyev, Ricat Qarayev, Murad Qayalı, Rafael Məhərrəmli, Təbriz Xubanov (hamısı "İnter), Abbas Agazadə, Əli Sadıxov, Faiq Hacıyev (hamısı "Qəbələ"), Rəhman Daşdəmirov, Xəyal Tomarov (ikisi də "Neftçi), Şakir Seyidov (Səbail), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (Sumqayıt), Hüseyin Seyliğli, Metin Güler (ikisi də "Beşiktaş", Türkiyə), Doğukan Öksüz (Trabzonspor, Türkiyə).
Fanat.Az