
Topaz Premyer Liqasının 7-ci turunda "Səbail"ə səfərdə 2:0 hesabıyla qalib gələn "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransına qatılıb. Fanat.Az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
"Qələbə bizim üçün olduqca vacib idi. Ardıcıl məğlubiyyətlər üzərimizdə təzyiq yaratmışdı. Şükürlər olsun, bu qələbə sayəsində təzyiqi üzərimizdən atdıq. Uşaqlar verilən tapşırıqların öhdəsindən gəldilər. Belə getsə, daha yaxşı nəticələr göstərə biləcəyik".
Fanat.Az