16:56 07.03.2015 746

Dom Feyzulla bomba pirnesol

Futbol ictimaiyyətinin başı Topaz Premyer Liqasına qarışsa da, I divizionda mübarizə aparan komandalara da diqqət ayrılmalıdı. Redaksiyamıza daxil olan siqnal da aşağı liqayla əlaqədardı.


Söhbət Feyzulla Feyzullayevin MOİK-in oyunlarına təyin olunmasından gedir. Biz də öz növbəmizdə təcrübəli fit sahibinin “hərbçilər”in oyunları ilə bağlı statistik göstəriciləri ortaya çıxarmağı özümüzə borc bildik.


Məlum oldu ki, Feyzullayev arxada qalan 18 turun 4-də “hərbçilər”in oyununa təyinat alıb. Onun idarə etdiyi görüşlərdə MOİK 2 qələbə qazanıb və eyni sayda heç-heçə oynayıb.


Maraqlıdır k i, bu 4 görüşün ikisi “Energetik”lə digər ikisi isə “Bakılı” ilə qarşılaşmalara təsadüf edib. “Energetik”lə səfərdə oynayan komanda 1:1-lik heçə, evdə isə 3:0 hesablı qələbə qazanıb. Digər iki görüşdə də analoji nəticələr qeydə alınıb: Namiq Adilovun yetirmələri “Bakılı”nı 3:1 hesablı məğlubiyyətə uğratdıqdan sonra bu gün baş tutan 18-ci turun qarşılaşmasında qolsuz bərabərliyə imza atıblar. “Energetik”ə qarşı ikinci dövrədəki qarşılaşma ötən tura təsadüf edib ki, Feyzullayevin bu gün baş tutan 18-ci turda da MOİK-in oyununda fit çalması təccüb doğurmaya bilmir. 


Beləliklə, bugünkü oyunu da nəzərə almaq şərti ilə, Feyzulla Feyzullayevin “hərbçilər”in iştirakı ilə idarə etdiyi 4 oyun cəmi 2 rəqibə qarşı olub ki, bu da xoşagələn hal deyil. Üstəlik yuxarıda qeyd etdiyimiz kimi, bir komandanın ardıcıl 2 oyununda eyni hakimin fit çalması da mənfi haldı.


Maraqlıdır ki, Feyzullayevin idarə etdiyi görüşlərdə MOİK 66,6 faiz xal toplayıb. Yəni statistikanı nəzərə alıb və Feyzulla bəyin MOİK-in bütün oyunlarına təyinat alacağını təsvir etsək, Namiq Adilovun yetirmələri hazırda “Zirə” ilə turnir cədvəlinin 5-ci pilləsini bölüşməli idilər.


Doğrudu, hazırda MOİK turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb və cari mövsümdə heç bir iddiası qalmayıb. Lakin çempionat ərzində komandanın əldə etdiyi cəmi 4 qələbənin 50 faizində ədaləti eyni referinin qoruması təəccübləndirməyə bilmir.


Bu gün “Bakılı” ilə baş tutan qarşılaşmanı izləmədiyimizdən oyunu necə idarə etməsi barədə fikir irəli sürə bilmirik. Lakin deyilənlərə görə, matçın son dəqiqəsində Feyzullayev MOİK-in qapısına vurulan təmiz qolu qeydə almayıb.

 

Bütün hallarda bu amillər Feyzulla Feyzullayevlə MOİK arasında hansısa dostluq əlaqələrinin olmasına dair iddia irəli sürməyə əsas vermir. Çünki MOİK elitaya yüksəlmək şansına sahib deyil və hazırda turnir cədvəlinin alt sıralarında yer alıb.


Lakin I diviziona təyinatları rəsmiləşdirərkən, bu xırdalıqlara mütləq diqqət yetirilməlidi ki, əlavə şübhələrə yer qalmasın.


Ceyhun Əliyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:36

KL: "Dinamo Minsk" fərqi artırır - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X