“Neftçala” Topaz Premyer Liqasına vəsiqə qazanıb. Fanat.az хəbər verir ki, bölgə təmsilçisi bu uğura I divizionun XXVI turunda imza atıb.
Belə ki, "Neftçala" bu turda səfərdə MOİK-i 4:1 hesabı ilə məğlub edib. Bununla da onlar sonrakı matçlarının nəticəsindən asılı olmayaraq, ilk 2 pillədən birini təmin edi
69 xala malik “Neftçala” çempionatda çıxışını dayandıran “Lokomotiv”lə oyunu da qalıb. Bu da o deməkdi ki, komanda bütün qarşılaşmalarda uduzsa belə, 72 xalı olacaq. Digər komandalardan yalnız “Rəvan” lideri arxada qoya bilər. Bunun üçün bakılılar 5 matçda 5 qələbə qazanmalıdı. Elə 2-ci pillə də “Neftçala” üçün Premyer Liqaya vəsiqə verir. Amma hələ onların elitaya vəsiqəsi hüquqi tərəfdən də rəsmiləşməlidi. AFFA-nın İcraiyyə Komitəsinin martın 6-dakı qərarına əsasən, klub lisenziyalaşmadan da uğurla keçməlidi.
Qeyd edək ki, komitənin qərarında 2015/2016-cı il mövsümündə Topaz Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşməsi əksini tapıb. Buna əsasən, cari mövsümdə Topaz Premyer Liqasında sonuncu pilləni tutmuş komanda çıxışını I divizionda davam etdirəcək. Aşağı dəstədən Premyer Liqaya AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan 2 klub yüksələcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol