
Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan qapıçı Sergey Samokun yeni klubu məlum olub.
Fanat.Az xəbər verir ki, rusiyalı qolkiper karyerasını ölkəsində davam etdirəcək.
O, 1-ci liqada çıxış edən “Veles”ə keçib. İnformasiyanı klubun mətbuat xidməti yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb.
Sergey geridə qalan "futbol ili"ndə "boz qurdlar"ın sıralarında 32 oyuna çıxıb. "Çərçivə" qoruyucusu 12 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
Toğrul