Topaz Premyer Liqasında XXXII tura start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Tura "Simurq" - "İnter" oyunu ilə start verilib. Ağır günlər keçirən "qardaşlar"ın oyununun ilk yarısında 5 qol vurulub və "İnter" qələbə qazanıb - 3:2. Hesabı 3-cü dəqiqədə Arif Daşdəmirov açıb. 5 dəqiqə sonra Samir Zərgərov bərabərliyi təmin edib. 22-ci dəqiqədə Vadim Abdullayev "Simurq"u hesabda önə keçirib. 37cü dəqiqədə Mikel Alvaro hesabı bərabərləşdirib. 43-cü dəqiqədə isə Sezar Meza Kolli "İnter"ə qələbə qazandırıb.
Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesabı 10-cu dəqiqədə Slavik Alfxasov açıb. 4 dəqiqə sonra Nikolas Kanales bərabərliyi təmin etsə də, 18-ci dəqiqədə Məhəmməd Qurbanov yenidən "Sumqayıt"ı hesabda önə keçirib. 45-ci dəqiqədə qırmızı vərəqə alan Nikolas Kanales "Neftçi"ni azlıqda qoyub. Paytaхt klubunun bərabərlik aхtarışı 87-ci dəqiqədə nəticə verib. Samir Məsimov bərabərliyi təmin etsə də, "Neftçi"nin bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, turun son iki oyunu sabah keçiriləcək. "Xəzər Lənkəran" "Bakı"nın, "Qarabağ" "Qəbələ"nin qonağı olacaq. "Araz Naхçıvan" çemionatdan çıхdığından AZAL bu turda istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXII
1 may
Simurq - İnter 2:3
Qollar: Samir Zərgərov, 9. Vadim Abdullayev, 23 - Arif Daşdəmirov, 3. Mikel Alvaro, 37. Sezar Meza Kolli, 43.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 5. Vadim Abdullayev (81. Nicat Muxtarov, 79), 6. Samir Zərgərov, 8. Patrik Osiako, 11. Draqan Çeran, 13. Ali Gökdəmir (33. Kənan Müslümov, 46), 22. Cihan Özkara, 88. Marko Stanoyeviç (25. Oruc Balaşlı, 83).
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro (27. Dieqo Madriqal, 83), 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (10. Elvin Məmmədov, 75), 28. Baçana Tsxadadze (15. Yohan Bokanyano, 46), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 13. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Ali Gökdemir, 45+1 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 90+3 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 41 (qeyri-idman hərəkəti). Sezar Meza Kolli, 56 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala şəhər stadionu. 1000 tamaşaçı.
Neftçi - Sumqayıt 2:2
Qollar: Nikolas Kanales, 14. Samir Məsimov, 87 - Slavik Alxasov, 10. Məhəmməd Qurbanov, 18.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev (21. Samir Məsimov, 78), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev (22. Rauf Əliyev, 55), 18. Kaue da Silva, 28. Emin Mehtiyev (90. Ernest Nfor, 46).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 49. Mirabdulla Abbasov, 88. Mirkamil Haşımlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov (9. Orxan Əliyev, 57), 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov (76. Uğur Pamuk, 81), 45. Murad Ağayev (10. Tərzin Cahangirov, 63), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 55. Məhərrəm Məmmədli, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Əziz Quliyev, 47 (qeyri-idman hərəkəti) - Aleksandr Çertoqanov, 32 (qeyri-idman hərəkəti). Tofiq Mikayılov, 79 (qeyri-idman hərəkəti). Məhəmməd Qurbanov, 90 (fitdən sonra topa zərbə vurduğu üçün).
Qırmızı vərəqə: Nikolas Kanales, 45 (Bilərəkdən rəqibi ayaqla vurduğuna görə).
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Bakcell Arena”. 1200 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qarabağ | 28 | 19 | 6 | 3 | 47-24 | 63 |
| 2 | İnter | 28 | 15 | 11 | 2 | 47-15 | 56 |
| 3 | Neftçi | 29 | 13 | 8 | 8 | 37-28 | 47 |
| 4 | Qəbələ | 28 | 13 | 7 | 8 | 39-33 | 46 |
| 5 | Simurq | 29 | 10 | 5 | 14 | 37-34 | 35 |
| 6 | AZAL | 28 | 8 | 8 | 12 | 29-40 | 32 |
| 7 | Xəzər Lənkəran | 27 | 7 | 6 | 14 | 32-41 | 27 |
| 8 | Sumqayıt | 28 | 5 | 10 | 13 | 27-39 | 25 |
| 9 | Bakı | 27 | 2 | 7 | 18 | 17-58 | 13 |
| Bombardirlər | Nurlan Novruzov (Bakı) - 13. Draqan Çeran (Simurq) - 12. Nikolas Kanales (Neftçi) - 11. Cavid Hüseynov (Qəbələ), Məhəmməd Qurbanov (Sumqayıt) - 10. Reynaldo Silva (Qarabağ), Mikel Alvaro (İnter) - 9. Freddi Mombonqo (AZAL), Junior Nildo (İnter) - 8. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol