Topaz Premyer Liqasında XXXI tura yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda "Bakı" "Xəzər Lənkəran"ı qəbul edib. 3 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 2:1. Hesabı 17-ci dəqiqədə Nurlan Novruzov penaltidən açıb. Hücumçu 5 dəqiqə sonra dublunu rəsmiləşdirib. Bununla da Premyer Liqanın bombardiri qollarının sayını 15-ə çatdıraraq əsas rəqibi Draqan Çeranı 3 top geridə qoyub. "Xəzər Lənkəran"ın təsəlli qoluna 55-ci dəqiqədə Sadio Tounkara imza atıb. 60-cı dəqiqədə Qeyrət Əliyev meydandan qovularan "Bakı"nı azlıqda qoysa da, qonaqlar say üstünlüyündən yararlana bilməyib.
Tura mərkəzi oyunla - "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulub. İki qolun vurulduğu oyun 1:1 hesabı ilə yekunlaşıb. 55-ci dəqiqədə fərqlənən Reynaldo Silva "Qarabağ"ı hesabda önə keçirib. "Qəbələ" isə buna 90-cı dəqiqədə Cavid Hüseynovun penalti qolu ilə cavab verib. Beləliklə, "Qəbələ"nin 8 oyunluq qələbə seriyası qırılıb. "Qarabağ" növbəti turda çempionluğunu elan edə bilər. Bunun üçün "İnter" məğlub olmalıdı.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Simurq"u 3:2 hesabı ilə yenib, "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 2:2. "Araz Naхçıvan" Premyer Liqadan çıхdığından AZAL bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXII tur
2 may
Bakı - Xəzər Lənkəran 2:1
Qollar: Nurlan Novruzov, 17-pen; 22 - Sadio Tounkara, 55.
Bakı: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov (7. Nuran Qurbanov, 80), 11. Tural Qürbətov (45. Mahir Mədətov, 69), 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov (21. Elşad Manafov, 63), 85. Jaba (k), 99. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara (32. Zaman Mirzəzadə, 86), 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı (4. Ruslan Cəfərov, 57), 18. Tural Cəlilov, 27. Manuel Skarlatake, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 45. Heydər Babayev, 79. Namiq Qocayev.
Baş məşqçi: Elbrus Məmmədov.
Sarı vərəqələr: Nicat Əsgərov, 46 (qeyri-idman hərəkəti). Qeyrət Əliyev, 54 (qeyri-idman hərəkəti); 60 (qeyri-idman hərəkəti). Vüqar Bəybalayev, 89 ( oyunun bərpasını ləngitdiyinə görə) - Alfred Sanko, 45+2 (qeyri-idman hərəkəti). Manuel Skarlatake, 89 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Qeyrət Əliyev, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
Qəbələ - Qarabağ 1:1
Qol: Cavid Hüseynov, 90-pen - Reynaldo Silva, 55.
Qəbələ: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov (5. Sadiq Quliyev, 82), 34. Ürfan Abbasov, 44. Rafael Santos (18. Ruslan Fomin, 82), 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (24. Admir Teli, 84), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (7. Namiq Yusifov, 74), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (17. Vüqar Nadirov, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Ruslan Abışov, 36 (qeyri-idman hərəkəti). Rikardinyo, 53 (bilərəkdən əl ilə oyun). Rəşad Sadiqov, 60 (qeyri-idman hərəkəti) - Leroy Corc, 17 (qeyri-idman hərəkəti). Ansi Aqolli, 41 (bilərəkdən əl ilə oyun). İbrahim Şehiç, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu. 3700 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qarabağ | 29 | 19 | 7 | 3 | 48-25 | 64 |
| 2 | İnter | 28 | 15 | 11 | 2 | 47-15 | 56 |
| 3 | Neftçi | 29 | 13 | 8 | 8 | 37-28 | 47 |
| 4 | Qəbələ | 29 | 13 | 8 | 8 | 40-34 | 47 |
| 5 | Simurq | 29 | 10 | 5 | 14 | 37-34 | 35 |
| 6 | AZAL | 28 | 8 | 8 | 12 | 29-40 | 32 |
| 7 | Xəzər Lənkəran | 28 | 7 | 6 | 15 | 33-43 | 27 |
| 8 | Sumqayıt | 28 | 5 | 10 | 13 | 27-39 | 25 |
| 9 | Bakı | 28 | 3 | 7 | 18 | 19-59 | 16 |
| Bombardirlər | Nurlan Novruzov (Bakı) - 15. Draqan Çeran (Simurq) - 12. Nikolas Kanales (Neftçi), Cavid Hüseynov (Qəbələ) - 11. Məhəmməd Qurbanov (Sumqayıt), Reynaldo Silva (Qarabağ) - 10. Mikel Alvaro (İnter) - 9. Freddi Mombonqo (AZAL), Junior Nildo (İnter) - 8. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol