Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi olacaq. Fanat.az xəbər verir ki, Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən məşhur jurnalisti Dündar Keşaplı və Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdu.
Dostluq Cəmiyyətini yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdi.
Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.
Dündar Keşaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.
Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov, tanınmış modelyer Fəxriyyə Xələfova, AFFA-nın üzvü Elxan Tağızadə, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak edəcək. Mərasim mayın 6-da "Park İnn" otelində baş tutacaq və saat 19.00-da başlayacaq.
Qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol