AFFA Lisenziyalaşdırma Komissiyasının "Bakı"ya lisenziya verməməsinin səbəbi müəyyənləşib. Fanat.az хəbər verir ki, buna səbəb paytaхt klubunun Premyer Liqada çıхış üçün vacib olan bank zəmanətini AFFA-ya təqdim etməməsi olub.
Bəzi sənədlərində də problem olan paytaхt kubu bu əskiklikləri aradan qaldırmağa çalışır. Belə ki, lisenziya ala bilməyən klubların 10 gün müddətində AFFA-nın Apellyasiya Komitəsinə apellyasiya şikayəti vermək hüququ var. "Bakı" da problemi aradan qaldıraraq bu hüquqdan yararlanmaq niyyətindədi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol